24 may 2024 10:24
516

Yaponiyanın Baş naziri COP29-a dəvət olunub

Yaponiyanın Baş naziri Fumio BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.