Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi hökumətə sosial sahədə 3 proqram təqdim edib.
“İki sahil” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Hazırda hökumətdə müzakirə edilən 3 proqramımız var. Bunlar məqsədli, sosial müəsəsisələrinin yaradılması və kvotadan əlavə iş yerlərinin yaradılması proqramlarıdır. Onların müzakirəsi yekun mərhələdədir", - deyə o qeyd edib.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər