İşsizlikdən sığorta fondunda gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalarda 4,7 milyonluq artımın xərclərdə niyə əks olunmaması ilə bağlı suallar oldu.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Mustafa Abbasbəyli bildirib ki, İşsizlikdən sığorta fondunun 7-8 xərc istiqaməti var: “İşsizlikdən sığortanın artımı yalnız qanunla tənzimlənir, ona görə biz o hissələrə toxuna bilmirik. İnanırıq ki, bu il işsizlik sığorta sahəsində həm də gəlir baxımından artımlar olacaq. Özünəməşğulluq məsələləri isə layihə məqsədlidir və kifayət qədər zaman tələb edir. Artımın sentyabra təsadüf etməsi gözlənilir. O nöqteyi-nəzərdən qanun layihəsi keçəndən sonra onun işsizlikdən sığortaya və ya özünməşğulluğa yönləndirməsi alınmayacaq. Ona görə düşündük ki, bu məbləği investisiyaya yönəldək. Gələcəkdə bu vəsaitləri işsiz şəxslərə yönəldə bilərik”.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər