Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevin meyitinin qalıqları Ağsu rayonuna gətirilib.
“İki sahil” xəbər verir ki, şəhidin nəşi Ağsu rayonunun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Nuhu Mustafa oğlu Mustafayev 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində itkin düşüb.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq