Bakı Ali Neft Məktəbi (BANM) ilə Buxarest Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda imzalayıblar.
“İki sahil” xəbər verir ki, anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq