Xalq artisti Aygün Kazımova "Turan gəlir" mahnısını 28 May Müstəqillik Günündə təqdim edib.
“İki sahil” xəbər verir ki, Pop kraliçanın ifaçı rəsmi yutub kanalında yerləşdirilib. Bəstənin müəllifi Roman Azaflıdır.
Müğənni mahnını Laçında "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində müəlliflə duet şəklində oxuyub. Festivaldan sonra çox sevilən ifa solo şəkildə təqdim edilib.
Kazımova mahnı ilə bağlı instaqram hesabında da paylaşım edib. Videoda ifaçının Laçından görüntüləri yer alıb.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?