ABŞ orta və qısa mənzilli raketlərin yerləşdirilməsi xahişi ilə Filippinlə yanaşı, digər Asiya ölkələrinə də müraciət edə bilər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında vəziyyətin nizamlanmasına dair səfirlərin dəyirmi masası zamanı deyib.
“Əvvəlcə amerikalılar bu müqavilədən çıxdılar ki, indi Filippin də daxil olmaqla yeni ölkələrdə yerləşdirsinlər. Əminəm ki, Asiya-Sakit Okean regionunun digər ölkələri də analoji silah növləri üçün ərazi təmin edilməsi ilə bağlı müraciətlər alacaqlar”, - deyə, Lavrov bildirib.
Bundan əvvəl Rusiyanın ASEAN-dakı daimi nümayəndəsi Yevgeni Zaqainov da ABŞ-ın regionda orta mənzilli raketlərin yerləşdirilməsindən sonra da Asiyanın hərbiləşdirilməsini dayandırmayaq.