30 may 2024 12:30
310

Moskva və Pekin Vaşinqtonun planına qarşı razılaşıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın Avropa və ya Asiya-Sakit Okean regionunda yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planlarının həyata keçirilməsi Moskva tərəfdən  reaksiyasız qalmayacaq. Onun sözlərinə görə, Rusiya cavab olaraq nüvə sahəsində də addım ata bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

“Biz nüvə sahəsində əlavə addımları istisna etmirik. Bu məsələlərlə bağlı qərarlar Rusiya Federasiyası Prezidentinin səlahiyyətindədir”, - deyə Lavrov bildirib.

Moskva hesab edir ki, ABŞ-ın Avropa və ya Asiya-Sakit Okean regionunda yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planı Rusiya üçün ciddi təhlükəsizlik problemi yaradacaq. Nazir qeyd edib ki, Putinin Pekinə səfərindən sonra Rusiya Federasiyası və Çinin birgə bəyanatında deyilir ki, ABŞ-ın bu cür sabitliyi pozan addımları həm ölkəmizə, həm də Çinə birbaşa təhlükədir. Lavrov bildirib ki, Moskva və Pekin Vaşinqtonun bu davranışını dəf etmək üçün əməkdaşlığa razılaşıblar.