Krımda saxlanılan ukraynalı agent bildirib ki, o, yarımadada qatarı dayandırmaq əmri alıb ki, Ukrayna Silahlı Qüvvələri daha sonra qatara raket zərbəsi endirə bilsin.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
“Kuratorumuz mənə bunun baş verməli olduğu yerin, dəmiryolunun koordinatlarını göndərdi, relsin altına partlayıcı yerləşdirməyi, onu partlatmağı və qatarı dayandırmağı tapşırdı. Daha sonra raket zərbəsi olacaqdə”, - təxribatçı Rusiya FTB-si tərəfindən yayımlanan videoda bildirib.
Mayın 30-da məlum olub ki, Krımda dəmir yolu nəqliyyatı obyektlərində təxribat törətmək istəyən beş nəfər həbs edilib.