31 may 2024 14:29
369

Orbanın sözləri ilə razıyıq - Peskov

Kreml Macarıstanın baş naziri Viktor Orbanın Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığına dair sözləri ilə razılaşır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Bəli, razıyıq. Həqiqətən də orada müharibə əhval-ruhiyyəsinin mütləq güclənməsi var. Onlar bilərəkdən müharibə öncəsi isteriyanı qızışdırırlar. Bütün bunlar, təbii ki, ümumi vəziyyətə çox mənfi təsir göstərir, gərginliyin artması davam edir”, - deyə, Peskov bildirib.

Viktor Orban daha əvvəl verdiyi müsahibədə qeyd etmişdi ki, Avropa müharibəyə yaxınlaşır.