01 iyun 2024 18:04
550

COP29 çərçivəsində təşəbbüslər Almatıda müzakirə edilib

Almatıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin prezidentlərinin diplomatik müşavirlərinin (köməkçilərinin) ikinci görüşündə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası (COP29) çərçivəsində birgə tədbirlər müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik. Şuşada keçiriləcək qeyri-rəsmi sammitin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik”, - paylaşımda qeyd edilib.