COP29-un Azərbaycanda keçirilməsi inanılmaz bir nailiyyətdir. Mən hesab edirəm ki, Azərbaycan buna çox layiqdir və əminliklə deyə bilərəm ki, COP29-da böyük uğur qazanacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans deyib.
O, Azərbaycan və Ermənistan arasında sülh prosesini yüksək qiymətləndirib. Lord Evans regionda danışıqların hər kəsin naminə uğurla nəticələnməsini səbirsizliklə gözlədiyini deyib.
O, Azərbaycan və Britaniya arasında əlaqələrin yüksək xətlə inkişaf etdiyini və hər gün münasibətlərin yaxşılaşdığını da əlavə edib.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib