Ali Məhkəmənin hakimi Abiddin Hüseynova yüksək vəzifə verildi.
“İki sahil” xəbər verir ki, Abiddin Hüseynov Ədliyyə nazirinin müavini təyin olunub.
Bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında Abiddin Hüseynovun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, 1977-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magstr pillələri üzrə təhsil alıb. Məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. Ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib