05 iyun 2024 11:33
327

Rusiya Mərkəzi Afrika Respublikasında hərbi təlimatçıların sayını artıracaq?- SƏFİRDƏN AÇIQLAMA

Rusiyanın Mərkəzi Afrika Respublikasındakı (MAR) səfiri Aleksandr Bikantov bildirib ki, bu ölkədə rus hərbi təlimatçılarının sayının artırılmasından hələlik söhbət getmir. Hazırda bu respublikada Rusiya Federasiyasından olan 1890 təlimatçı var.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Diplomatın sözlərinə görə, rusların rəhbərliyi altında təlim keçmiş MAR silahlı qüvvələrinin bölmələri yüksək döyüş effektivliyi nümayiş etdirir. “Rusiyanın mövcudluğu Mərkəzi Afrika Respublikası vətəndaşlarını qorumağa və ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi”, - deyə səfir bildirib.

Qeyd edək ki, fevral ayında Mərkəzi Afrika Respublikasın Silahlı Qüvvələrinin rus təlimatçıları ilə birlikdə mədən obyekti yaxınlığında Sudandan olan silahlı qrupun hücumunu dəf etdiyi bildirilmişdi.