İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal temperatur açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sözügedən tarixlərdə havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°isti, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib