05 iyun 2024 13:49
485

Bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu dayandırılıb

Azərbaycana gətirilən bəzi tibb vasitələri üçün ekspertizaya sənəd qəbulu müvəqqəti dayandırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildiririb ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, I risk qrupuna aid tibb vasitələri istisna olmaqla dövlət qeydiyyatına alınmadan tibb vasitələri ölkəyə idxal oluna bilməz:

"Yaxın günlərdə tibb vasitələrinin qeydiyyat prosesinin başlanılması gözlənilir. Bu baxımdan tibb vasitələrinin idxalı (I risk sinfinə daxil olan tibb vasitələri istisna olmaqla) və tibb vasitəsi olub-olmaması ilə bağlı ekspertiza üçün sənəd qəbulu müvəqqəti dayandırılır".