05 iyun 2024 15:14
278

ABA: Əsas hədəfimiz sığorta məhsullarını münasib qiymətə təqdim etməkdir

Azərbaycan banklarının əsas hədəfi müştərilərinə sığorta məhsullarını münasib qiymətə təqdim etməkdir.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.

"Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib. Bazar böyüdükcə sığorta haqlarının azalmasını müşahidə edə biləcəyik", - deyə o qeyd edib.