05 iyun 2024 16:03
360

“ACWA Power” rəsmisi: Azərbaycan bizim üçün regionda əsas ölkədir

Azərbaycan “ACWA Power” üçün regionda əsas ölkədir.

“İki sahil” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin regional direktoru Abid Malik bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

Xatırladaq ki, bu ilin may ayında Energetika Nazirliyi ilə "ACWA Power" arasında 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi üzrə icra müqaviləsi və 200 MVt gücündə quruda külək layihəsi üzrə çərçivə müqaviləsi imzalanıb.