05 iyun 2024 16:07
473

Xalqın etimadını qazanan partiya

YAP Xəzər rayon təşkilatının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1 saylı PSXM PHŞ ünvanında ərazi partiya təşkilatının konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə 1 saylı PSXM PHŞ -nın direktoru Murad Qəhramanov və YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov çıxış ediblər.

Çıxışlar zamanı bildiriblər ki, partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.

Daha sonra ərazi partiya təşkilatının sədri vəzifəsinə Qəhramanov Murad Arif oğlunun, sədr müavinliyinə isə Axundova Türkan Nəcməddin qızının namizədliyi irəli sürülüb. Təkliflər səs çoxluğu ilə qəbul edilib.

Ərazi partiya təşkilatının sədri və sədr müavini seçilmiş  Qəhramanov Murad, Axundova Türkan onlara göstərilən  yüksək etimada görə təşəkkürlərini bildirmişlər və bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərini vurğulamışlar.