İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.
Qeyd olunub ki, festival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəniyyət, mədəni irs, tarixi keçmişimiz təbliğ ediləcək.
Həmçinin festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Həmçinin Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.
Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulacaq.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib