05 iyun 2024 17:05
471

Dünya Enerji Şurası ilə COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Dünya Enerji Şurası ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsidəki hesabında yazıb.

"Dünya Enerji Şurasının baş katibi Angela Uilkinsonla görüşdə qlobal enerji trendləri, Azərbaycanla təşkilatın əlaqələrinin inkişafı və COP29 zamanı əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - P.Şahbazov qeyd edib.