05 iyun 2024 19:48
470

Naxçıvanda daxili işlər orqanlarına 10 ədəd avtobus verilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazası gücləndirilir.

“İki sahil” xəbər verir ki, bu məqsədlə əvəzsiz olaraq 10 ədəd “Hyundai County” markalı avtobus ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.