06 iyun 2024 09:11
285

3 yaşlı uşağı avtomobil vurub

Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 2021-ci il təvəllüdlü Ə.M özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.