06 iyun 2024 10:13
357

XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumu işinə başlayıb

Bu gün Gürcüstan paytaxtında XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (Sağlam Şəhər - Yaşıl, Ekoloji Təmiz Mühit, Çevik və Dayanıqlı Şəhər İnkişafı) işinə başlayıb. “İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda şəhərlərdə sağlam, yaşıl, ekoloji təmiz həyat naminə görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr müzakirə ediləcək.

Eldar Əzizov forumda çıxış edəcək və Azərbaycanda yaşıl, ekoloji təmiz həyat naminə görülən işlər, COP29-a hazırlıq barədə məlumat verəcək.