06 iyun 2024 11:15
412

Media nümayəndələri Füzuli rayonunda su təsərrüfatları ilə tanış olublar FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşəbbüsü ilə işğaldan azad olunan Füzuli rayonunda yeni istismara verilmiş Köndələnçay su anbarları kompleksinə və Füzuli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası və tikinti meydançası ilə tanışlıq məqsədilə media-tur təşkil olunub.

"İki sahil" xəbər verir ki, jurnalistlərə Füzuli rayonunda Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihələr barədə məlumatlar verilib.