06 iyun 2024 12:43
292

Avropada Azərbaycan qazına tələbat böyükdür

Avropa ölkələrinin Azərbaycanın təbii qazına tələbatı böyükdür.

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın "Uniper" şirkətinin vitse-prezidenti Mixael Himler Bakı Enerji Forumunun II günündə "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" mövzusunda plenar müzakirələrində bildirib.

O qeyd edib ki, təbii qaza uzun müddət tələbat olacaq: "Almaniya "yaşıl enerji"yə keçid üçün tədbirlər görsə də, qaz məsələlərini diqqətdə saxlayır. Rusiya qazından imtina etdikdən sonra qitədə qiymətlər 7 dəfə artıb və enerji böhranı yaranıb. Bu səbəbdən Avropada Azərbaycan qazına tələbat böyükdür".