06 iyun 2024 14:54
665

BP ilə ​​​​​​​Azərbaycandakı neft-qaz yataqlarının perspektivləri müzakirə edilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.