06 iyun 2024 17:10
526

YAP Xəzər rayon təşkilatının ərazi partiya təşkilatında konfransı keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Zirə qəsəbəsində yerləşən Zirə Sağlamlıq Mərkəzində ərazi partiya təşkilatının konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  konfransında çıxış edən müəssisənin direktoru Məmmədov Balaqardaş, YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığından  bəhs ediblər.

Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirmiş və özünün dediyi kimi dünənin, bu günün və sabahın partiyası səviyyəsinə yüksəltmişdir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Məmmədov Balaqardaş  ərazi partiya təşkilatının sədri, Bədəlova Vəfa isə sədr müavini seçiliblər.