06 iyun 2024 17:35
347

Azərbaycandan nəql edilən Qazaxıstan neftinin həcmi 2 dəfəyə yaxın artırıla bilər

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin yalnız Azərbaycan neftini deyil, həm də tranzit olaraq Qazaxıstanda hasil edilən nefti də Avropaya nəql etmək imkanı var. Ötən il 1,3 milyon ton Qazaxıstanın xam nefti BTC vasitəsi ilə nəql edilib.

“İki sahil” xəbər verir ki,  bu sözləri Bakı Enerji Forumunda “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” mövzusunda keçirilən plenar iclasda SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov deyib.

O bildirib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb: “Bu razılaşmalara görə, Azərbaycan vasitəsilə nəql edilən Qazaxıstan neftinin 2,2 milyon tona çatdırılması planlaşdırılır”.