07 iyun 2024 13:15
308

Maliyyə Nazirliyi 3,8 milyard manat məbləğində dövlət istiqrazları yerləşdirib

2023-cü ildə Maliyyə Nazirliyi 3,8 milyard manat məbləğində dövlət istiqrazlarını yerləşdirib.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün keçirilən plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bunun 1,4 milyard manatı (36,8 %) dövlət borcunu maliyyləşdrilməsinə yönəldilib.

"Ötən il ümumi həcmi 3,8 milyard manatlıq istiqrazların 1,6 milyard manatlıq hissəsi dövlət büdcəsindən maliyyə alan 5 qurum tərəfindən alınıb, 2,2 milyard manatlıq hissəsi isə digər hüquqi şəxslər (1,8 milyard manatı banklar, 258 milyon manatı sığorta şirkətləri) tərəfindən təmin edilib", - nazir bildirib.