07 iyun 2024 17:59
370

Azərbaycana turist axını 35 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 965 556 xarici vətəndaş səfər edib.

“İki sahil” bu barədə Dövlət Turizm Agentliyinə istinadla xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.

Təkcə may ayında ölkəyə 239 272 nəfər gəlib. Bu da ötən ilki göstəriciyə nisbətən 26 % çoxdur.