08 iyun 2024 12:52
451

Naxçıvanda vergi daxilolmaları proqnozdan 16 faiz artıq icra edilib

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 78,3 milyon manat vergi daxil olub.

Xidmətdən “İki sahil”ə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 23,6 faiz və ya 15 milyon manat çoxdur.

Cari ilin 5 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,3 faiz icra edilib.