Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr çoxşaxəli və dinamikdir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 15 faizdən çox artıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
O xatırladıb ki, Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.