12 iyun 2024 11:25
395

"Azərbaycan Dəmir Yolları" 5 ayda 3 milyondan çox sərnişin daşıyıb

Bu ilin yanvar-may aylarında şəhərətrafı və ölkədaxili qatarlarla 3,3 milyon sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.

"İki sahil" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.

"ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ADY 2023-cü ildə ilk dəfə ərzində 7 milyon sərnişin daşıyıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfə çoxdur.