12 iyun 2024 11:19
320

Mayda Azərbaycanda gündəlik neft hasilatı 76 min tonu keçib

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.

"İki sahil"in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 62 118 tonu xam neft, 14 657 tonu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.