“Sarıqamış şəhidlərini yad etdiyimiz gündə dost və qardaş Azərbaycan xalqının “tək millət, iki dövlət” anlayışının gözəl bir nümunəsi kimi “Nargin Adası”nda məcburi saxlanılan əsgərlərimizə etdiyi yardığımı yad edirik”.
AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycanlı qardaşlarımıza, Türkiyə Silahlı Qüvvələrinə ən dərin minnətdarlıq və hörmətlərini bildiririk”, - deyə general əlavə edib.