Qaxda yük maşınının ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə gecə saat 4 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini 1966-cı il təvəllüdlü Nəsib Mamed oğlu Mustafayevin idarə etdiyi "Mercedes Atego" markalı 90-LR-851 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı maşında olan sərnişin Balakən rayon sakini 1985-ci il təvəllüdlü Əli Nizami oğlu Dato xəsarət alıb və o, maşının kabinəsində sıxılmış vəziyyətdə qalıb.
Ə.Dato Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Qax Rayon Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Ə.Dato Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb