Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub.
“İki sahil” xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbulun ikinci mərhələsində “portal.edu.az” platforması vasitəsilə 23 min 541 nəfər müsabiqədə iştirak edib. Onlardan 8 min 791 nəfəri müsabiqədən keçib. Müsabiqədən uğurla keçən namizədlər sentyabrın 10-u saat 18:00-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı əvvəlki illərin məzunları attestatın əslini, cari ilin məzunları isə elektron attestatın çap olunmuş nüsxəsini təqdim etməlidirlər. Bundan əlavə, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, şəxsi kabinetdən avtomatik çıxarılan ərizə nümunəsi, 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul olunanlar isə müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır.
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib