24 iyun 2024 09:51
443

Bu gün Xankəndi Şəhər Prokurorluğunun binası istifadəyə veriləcək

Xankəndi Şəhər Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, deputarlar, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.