Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın iyunun 24-də saat 02 radələrində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daşkəsən Rayon Prokurorluğundan “İki sahil”ə məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb