Qazax rayonunun Canalı kəndində yanğın olub.
"İki sahil" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m², dam örtüyü 150 m² sahədə, həyətdə dayanan “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri və əraziyə yığılan 1,6 ton ot bağalamasının 0,8 tonu yanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA