29 iyun 2024 11:15
150

Rusiyanın itkiləri açıqlandı - 857-ci gün

Ukrayna müharibənin 857-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 541 560 hərbçi, 8 073 ədəd tank, 15 505 ədəd zirehli döyüş maşını, 14 480 ədəd artilleriya sistemi, 1 109 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 871 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 514 ədəd avtomobil texnikası, 11 568 ədəd PUA, 2 331 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 436 xüsusi avadanlıq itirib.