01 iyul 2024 16:51
197

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

Ukrayna Ali Radası 2024-cü il iyulun 1-dən həm sənaye, həm də yanacaqdoldurma məntəqələrində fiziki şəxslər üçün benzin və dizelin qiymətinin kəskin artacağını nəzərdə tutan qanunu qəbul edib.

“İki sahil” xəbər verir ki, bəzi ekspertlərin fikrincə, benzinin qiyməti ən azı 1,5 qrivna, dizel yanacağının qiyməti isə 2,0 qrivna artacaq. Bu, müharibə dövründə üçüncü artım olacaq.

Müharibə başlayandan bəri yanacaq vergiləri artıq iki dəfə artırılıb.

Bundan əvvəl Nazirlər Kabineti yanında Sahibkarlar Şurasının Katibliyinin rəhbəri Andrey Zablovski bildirib ki, qısa müddətdə benzin və dizel yanacağına aksiz vergisinin artırılması öz effektini verəcək və büdcə gəlirlərinin artımını təmin edəcək. (AZƏRTAC)