03 iyul 2024 14:29
162

Rəsmi Pekin Finlandiya prezidentinin sözlərini təkzib etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Finlandiya prezidenti Aleksandr Stubbın Rusiyanın Çindən asılılığı ilə bağlı açıqlamalarını təkzib edib.

“İki sahil” xəbər verir ki, bu haqda Çinin “The Paper” nəşri məlumat yayıb.

“Çin və Rusiya ilk növbədə müstəqil dövlətlərdir. Çin Ukrayna böhranının nə günahkarı, nə də onun iştirakçısıdır”, - deyə, Mao Ninq bildirib.

O, həmçinin qeyd edib ki, Çin böhranın həlli üçün münaqişənin bütün tərəfləri ilə əlaqələri davam etdirəcək.