03 iyul 2024 14:39
181

Almaniya istehsalı olan IRIS-T-SLM zenit-raket kompleksi məhv edilib

“Dnepr” qrupunun rus bölmələri Almaniya istehsalı olan IRIS-T-SLM zenit-raket kompleksinin buraxılış qurğusunu məhv ediblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin 141-ci Piyada, 128-ci Dağ Hücum Briqadası və 35-ci Dəniz Piyada Briqadasının canlı qüvvəsi və texnikası  Nesteryanka, Novopokrovka, Zaporojye vilayəti və Tokarevka yaşayış məntəqələrinə gətirilib. Ukrayna tərəfinin itkiləri 45 nəfər hərbçi olub.