03 iyul 2024 14:51
188

Belousov MDB Müdafiə Nazirləri Şurasının sədri seçilib

Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının sədri seçilib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.

Belarus Respublikası Müdafiə Nazirliyinin Teleqram kanalında deyilir: “Rusiya Federasiyasının müdafiə naziri Andrey Removiç Belousov Müdafiə Nazirləri Şurasının sədri seçilib.

Belousovun təyin edilməsi ilə bağlı qərar MDB Nazirlər Şurasının Minskdə keçirilən iclasında qəbul edilib.