01 iyul 2024 16:33
197

Dağıstanda törədilən terror nəticəsində ölənlərin sayı 22-yə çatıb

Dağıstan rəhbəri Sergey Melikov regionda son terror aktları nəticəsində ölənlərin sayının 22-yə çatdığını bildirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə bildirib.

“Təəssüf ki, terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər birbaşa terror aktları zamanı, ertəsi gün isə bir polis əməkdaşı ağır xəsarətlərdən dünyasını dəyişib”, - deyə, Melikov bildirib.

Bundan əvvəl 21 nəfərin öldüyü bildirilirdi.