03 iyul 2024 16:55
180

Ərdoğan və Putin Astanada görüşüb

Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, liderlər arasında görüş Astanada baş tutub.

Ərdoğanla Putin iki ölkə arasında əməkdaşlığı müzakirə edib.

Ərdoğan görüşdə deyib ki,  Ankara və Moskvanın məqsədi 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 55 milyard dollardır.