29 iyun 2024 13:11
149

Moskvada dəhşətli yanğın: 5 nəfər yanaraq öldü

Moskva ətrafında Balaşixada yataqxanada baş verən yanğında beş nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ikimərtəbəli, köhnə tikili olan yataqxanadan 8 nəfəri təxliyə ediblər.

Yanğının tam söndürülməsi üçün işlər davam edir.