29 iyun 2024 13:25
155

İranda prezident seçkiləri: İki samizəd ikinci turda mübarizə aparacaq

İranda keçirilən prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili ikinda mübarizə aparacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edilib ki, bu, bütün səsvermə bülletenlərinin emalından sonra məlum olub.

Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.